Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycan Yaponiya şirkəti ilə əməkdaşlığı müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Japan Tobacco International” şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşərək onunla şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığını müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, görüşdə həmçinin Azərbaycanın COP 29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb …

Read More »

Gürcüstan səfirliyi mebel sexində baş vermiş partlayış səbəbi ilə Azərbaycan xalqına başsağlığı verib

Gürcüstanın Azərbaycandakı səfirliyi yanvarın 15-də Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib. “Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi son dərəcə kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu çətin anlarda biz dost Azərbaycanın yanındayıq, …

Read More »

Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə dəstəyi verəcək

Bu gün Bakıda Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) maliyyə yardımı göstərilməsi haqqında Memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman adına Humanitar Yardım Mərkəzinin tibb və ətraf mühit departamentinin direktor müavini Abdulla Məhəmməd Əlvadeyi imzalayıb. Qeyd edək ki, imzalanma mərasimində Səudiyyə Ərəbistanının Azərbaycandakı …

Read More »

Ceyhun Bayramov polşalı həmkarını regional vəziyyət barədə məlumatlandırıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub. Nazir Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan …

Read More »

Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib. “Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd edilib. Xatırladaq …

Read More »

BMT və Aİ nümayəndələri Bakıda partlayışda ölənlərlə əlaqədar Azərbaycana başsağlığı verib

BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Vladanka Andreyevka Bakıda mebel sexindəki partlayışda ölənlərlə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Bakının Binəqədi şəhərində baş vermiş faciəvi emalatxanada partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tez sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”, – V.Andreyevka bildirib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da özünün …

Read More »

Azərbaycan səfirindən “Le Figaro”ya cavab: “Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”

“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair “X” səhifəsindəki şərhində bildirilir. “Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və …

Read More »

Paşinyan: Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır

Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır”, – deyə o qeyd edib.

Read More »

XİN: “Avropa Şurasının komissarının müşahidələri ədalətli deyil”

Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatına şərhində bildirilib. Qeyd olunub ki, komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər …

Read More »

Rəsmi Bakı: “AŞ komissarının Xocalı soyqırımından sağ çıxan şəxslərlə keçirdiyi görüşlər hesabatda qeyd olunmayıb”

Azərbaycan tərəfi təəssüf edir ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana …

Read More »