Bazar , 8 Fevral 2026
Drone Cameras

Cavanşir Feyziyev vəzifəsindən azad olunur

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçiləcək.

Boyukmillet.com- un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, hazırda Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevdir. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boşdur.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …