Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” əsəri bu dəfə özbəkcə

Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” fundamental kitabı özbək dilinə tərcümə olunub.


Boyukmillet.com  
xəbər verir ki, kitabı xalqımızın yaxın dostu, jurnalist və politoloq Rüstəm Cabbadov tərcümə edib.
2014-2017-ci illərdə isə bu kitab türk, qazax, qırğız, boşnak, rus və macar dillərində işıq üzü görüb. Kitabda türk xalqlarının şanlı tarixi ilə yanaşı, bu günümüzdəki problemləri də əks etdirilir.


“Türk Dövlətləri Birliyi” kitabı 2013-cü ildə Bakıda çap edilib. Daşkənd tərcüməsi üzərində iş gedərkən müəllif 2020-ci ilə qədər türk dövlətlərinin ictimai-siyasi və mədəni həyatında baş verən hadisələri də topluya daxil edib.
Toplu “Tarixdən doğulan gələcək”, “Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, “Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, “Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, “Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” adlı fəsillərdən ibarətdir.
Kitabın bu ilin sonunadək Daşkənddə nəfis şəkildə çap edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bir müddət öncə kitab uyğur dilinə də tərcümə edilmişdi.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …