“Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda sülh imkanı yarandı. Hərtərəfli sülh sazişi üçün danışıqlar davam edir”.
Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə Ketrin Kolonna ilə görüşündə deyib.
Çavuşoğlu həmçinin Fransanın Ketrin Kolonnadan Fransadakı türk və müsəlman icmalarının məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri görməyə çağırıb.
“Fransadakı türk və müsəlman icmalarının məscid və dərnəklərinin təhlükəsizliyi üçün bütün lazımi tədbirlərin görülməsini gözləyirik”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Türkiyənin XİN rəhbəri qeyd edib ki, rəsmi Ankara Liviyadakı mövcud problemin seçki yolu ilə həll olunacağına inanır.
Fransanın xarici işlər naziri Ketrin Kolonna Rusiya Ukraynaya – müstəqil və suveren bir ölkəyə hücum etdiyini vurğulayıb. Qeyd edib ki, Rusiya rəhbərliyi öz ölkəsini çıxılmaz vəziyyətə saldığını anlayıb.
Görüşdə digər regional məsələlər də müzakirə edilib.