Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Çempionlar Liqası: Bu gün daha 7 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 7 görüşü keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bununla da raundun ilk oyunlarına yekun vurulacaq.

Günün ilk oyunu Qazaxıstanda “Kayrat” və Serbiyanın “Srvena Zvezda” komandaları arasında baş tutacaq. Asim Xudiyevin hakim-inspektor olacağı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Gecənin maraqlı görüşlərindən biri Niderlandda gerçəkləşəcək. Türkiyə “Qalatasaray”ı avrokubok mövsümünə PSV matçı ilə start verəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu saatda həmçinin “Olimpiakos” (Yunanıstan) – “Neftçi” və “Legiya” (Polşa) – “Flora” (Estoniya) qarşılaşmaları oynanılacaq. Bakı klubu çətin Yunanıstan səfərində, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Varşava təmsilçisi isə ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq.

“Olimpiakos” – “Neftçi” cütü üçün iki qarşılaşma mühüm əhəmiyyət kəsb edir. Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Malmö” (İsveç) – HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

18:00. “Kayrat” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya)

21:00. “Malmö” (İsveç) – HİK (Helsinki, Finlandiya)

22:00. Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan)

22:30. “Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə)

23:00. PSV (Niderland) – “Qalatasaray” (Türkiyə)

23:00. “Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan)

23:00. “Legiya” (Polşa) – “Flora” (Estoniya)

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu ötən gün keçirilib.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …