Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

ÇEVRİLİŞ: Müsəlman ölkəsi qarışdı – Prezidentdən GÖZLƏNİLMƏZ MÜRACİƏT

Tunisin keçmiş prezidenti Munsif əl-Mərzuki hazırki dövlət başçısı Kais Səidin hökumətə qarşı addımlarını “çevriliş” adlandırıb.

Boyukmillet.com xəbər verir ki, onun sözlərinə görə, Türkiyədə olduğu kimi Tunis xalqı da bu çevrilişi uğursuzluğa düçar edə bilər. Keçmiş prezident xalqı ayağa qaxlmağa çağırıb. Lakin onun çağırışlarından fərqli olaraq, sakinlər təhlükəsizliyi təmin etmək üçün şəhərlərə cəlb edilən hərbçiləri alqışlarla qarşılayıb.

Xatırladaq ki, Kais Səid gecə saatlarında yayımladığı görüntülü müraciətində parlamenti buraxdığını, millət vəkillərinin toxunulmazlığını ləğv etdiyini, parlamentin bütün səlahiyyətlərini dondurduğunu və Baş nazir Hişam əl-Məşişini postundan uzaqlaşdırdığını elan edib. Əlavə edək ki, uzun müddətdir Tunisdə aksiyalarla müşayət olunan sosial böhran və siyasi gərginlik hökm sürür. 

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …