Bazar , 11 Yanvar 2026
Drone Cameras

Çexiya Prezidenti Avropa İttifaqının genişlənməsinə çağırıb

Çexiya Prezidenti Peter Pavel təhlükəsizliyi gücləndirmək məqsədilə Avropa İttifaqının (Aİ) genişlənməsinə çağırıb.

Boyukmillet.com xəbər verir ki, o, bunu Brüggedəki Avropa Kollecində yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.

“Yeni geosiyasi imperativ Avropa İttifaqının genişlənməsi üçün yeni dinamika tələb edir. Biz uzun müddətdir ki, bəzi Avropa ölkələrini geosiyasi manipulyasiyaların rəhminə buraxmışıq”, – Çexiya Prezidenti bildirib.

Pavel qeyd edib ki, Qərbi Balkan ölkələrini, Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirmək lazımdır.

Onun sözlərinə görə, Qərbin təhlükəsizlik strukturlarına qoşulmaq istəyən və qitədən kənar dövlətlərin səylərinin həyata keçirilməsini asanlaşdırmaq lazımdır.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …