Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Laçın yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi telefon danışığı zamanı Laçin yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb. 

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov sülh müqaviləsi üzrə aparılan danışıqların cari vəziyyəti, kommunikasiyaların açılması və delimitasiya məsələləri üzrə səylər barədə məlumat verib. Bununla yanaşı, Laçın yolundan istifadə etməklə həyata keçirilən son qanunsuz fəaliyyətlər qeyd olunub.

Karen Donfrid ABŞ-ın bölgədə sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …