Bazar , 19 Yanvar 2025
Drone Cameras

Ceyhun Bayramov ATƏT sədri ilə bölgədəki vəziyyəti müzakirə edib

“Polşanın ATƏT-də sədrliyi mürəkkəb bir vaxta təsadüf edir. Bu gün biz ATƏT-də, Ukrayna və Ukrayna ətrafında olan məsələləri müzakirə etdik”.

Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Humanitar böhran və bu kimi məsələlər də müzakirə mövzusu oldu. Bölgəmizlə bağlı məsələləri də müzakirə etdik”, – nazir vurğulayıb.

“Bizim bugünkü görüşümüz də 31 mart tarixinə təsadüf edir. 1918-ci ildə azərbaycanlılar qətlə yetirilib. 100 ildən artıq olan müddətdə etnik zəmnində həyatını itirən insanlarımızın xatirəsini yad etmək istəyirəm”, – C.Bayramov bildirib.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …