Şənbə , 28 Mart 2026
Drone Cameras

Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla yanaşı tərəflər, Ermənistanın davamlı təxribatları, bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …