Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Ceyhun Bayramov: “Azərbaycan Qarabağda yaşayan etnik ermənilərin reinteqrasiyasını təmin etmək əzmindədir”

“Azərbaycan hökuməti ölkənin Qarabağ bölgəsində yaşayan etnik ermənilərin bərabərhüquqlu vətəndaşlar kimi siyasi, hüquqi, iqtisadi və sosial cəhətdən reinteqrasiyasını təmin etmək əzmindədir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının İslandiyanın Reykyavik şəhərində keçirilən sammitində deyib.

O söyləyib ki, bununla bağlı beynəlxalq sənədlərlə yanaşı, Azərbaycanın Konstitusiyası və qanunvericiliyi də möhkəm əsas təmin edir.

“Keçmiş münaqişənin yaralarını sağaltmaq yolunda olduğumuz üçün ağır hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə görə ədalətin təmin edilməsi həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirmək son dərəcə vacibdir”, – C.Bayramov bildirib.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …