Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

“Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur”.

Boyukmillet.com xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter səhifəsindəki paylaşımında yer alıb.

“Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!”, – paylaşımda qeyd edilib.

Nazirin təbriki Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları ilə bitir:

“Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə!”

Check Also

TDT Orta Dəhlizin inkişafına dəstək ifadə edib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları Bakıda keçirilən iclasın yekunu üzrə Orta Dəhliz …