Cümə , 29 Mart 2024
Drone Cameras

Ceyhun Bayramov: “Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq davam edir”

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işi üzrə istintaq hələ də davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan ən qısa zamanda cinayət işi üzrə istintaqın başa çatdırılacağına və günahkarların cəzalandırılacağına ümid edir, lakin hələlik hər hansı konkret nəticələr barədə danışmaq tezdir.

“Hesab edirik ki, bu hücum iki ölkə arasında münasibətlərə çox mənfi təsir göstərən amildir. Eyni zamanda, bizə İran tərəfindən bu ölkədəki diplomatik missiyamızın fəaliyyətinin bərpası ilə bağlı bir neçə müraciət daxil olub”, – o əlavə edib.

Nazir hesab edir ki, Azərbaycan tərəfi hücumu həyata keçirən cinayətkarların və sifarişçilərin məsuliyyətə cəlb edilməsinə tam əmin olmalıdır.

“Azərbaycan tərəfinə bununla bağlı bütün təminatlar sözdə deyil, əməldə verilməlidir”, – o deyib.

Check Also

“Şuşa İƏT Gənclər Paytaxtı – 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb

Martın 28-də Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa …