Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ceyhun Bayramov: “Brüssel görüşündə bir sıra məsələlərdə mövqelər yaxın olub”

“Brüssel görüşünü çox faydalı və məhsuldar hesab edirik”.

Boyukmillet.com  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Afrika Gününə həsr olunan “Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda deyib.

“Brüsseldə hər hansısa sənəd imzalanmasa da, çox yüksək səviyyədə bir sıra məsələlər müzakirə edilib. Bir sıra məsələlərdə mövqelər yaxın olub”, – nazir vurğulayıb.

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …