Çərşənbə axşamı , 1 Aprel 2025
Drone Cameras

Ceyhun Bayramov: “Ermənistanın sərhəddən qoşunların çəkilməsi ilə bağlı təklifi Azərbaycan üçün qəbuledilən deyil”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi ilə bağlı səsləndirdiyi təklifin rəsmi Bakı üçün qəbuledilən olmadığını bildirib.

Boyukmillet.com-un xəbərinə görə, o, dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb:

“Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilən deyil. Azərbaycan Ordusu bu gün öz sərhədlərini qoruyur. Mən sərhədlərdən qoşunların çəkilməsi ilə bağlı Ermənistan XİN başçısının açıqlaması ilə razı deyiləm. Azərbaycan Ordusu 30 ildən sonra şəhidlər verərək öz sərhədlərini bərpa edib. Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər”, – nazir bildirib.

Check Also

Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb

Martən 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb. …