Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ceyhun Bayramov idarə rəisini vəzifədən çıxardı, yeni təyinat oldu – XİN-də növbəti dəyişiklik

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib.

Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.  

Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …