Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ceyhun Bayramov İsveçin XİN başçısı ilə Ermənistanın sərhəddə son təxribatlarını müzakirə edib

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb.

“İsveçin xarici işlər naziri Ann Linde ilə görüşməkdən məmnunam. Ermənistan tərəfindən alovlandırılan eskalasiya barədə məlumat verdim və Azərbaycanın sülh yoluna sadiqliyini bir daha bildirdim. Azərbaycan-İsveç əməkdaşlığının genişləndirilməsi imkanlarını da müzakirə etdik”, – C.Bayramov qeyd edib.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …