Cümə , 26 Aprel 2024
Drone Cameras

Ceyhun Bayramov İsveçrənin dövlət katibini Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb.

Boyukmillet.com bildirir ki, bunu C.Bayramov tviterdə yazıb.

“Mən İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, – nazir bildirib.

Qeyd edək ki, oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Görüş, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Check Also

Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir. Boyukmillet.com xəbər verir …