Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Ceyhun Bayramov Lavrovun Azərbaycana planlaşdırılan səfəri barədə açıqlama verib

“Gələn həftənin əvvəli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır. Rusiya-Azərbaycan gündəliyi genişdir, hər zaman yığılmış məsələlər var ki, onları vaxtaşırı müzakirə etməyə ehtiyac var”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, rusiyalı həmkarı ilə görüşdə həm ikitərəfli münasibətlər, həm də regional məsələlər müzakirə ediləcək:

“Düşünürəm ki, bu görüş yaxşı fürsət olacaq. İkitərəfli münasibətlərimizə əlavə olaraq bölgədəki məsələlər də müzakirə predmeti olacaq”.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …