Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ceyhun Bayramov məktəb direktoruna tapşırıq verdi

Boyukmillet.com-un məlumatına görə Təhsil naziri Ceyhun Bayramov Hacıqabul şəhər 10 nömrəli Texniki-Təbiət Fənlər Təmayüllü məktəb-liseydə olub. 

Təhsil Nazirliyindən verilən məlumata görə, nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil müəssisəsinin ümumi şəraiti, dərs otaqları, kitabxanası, idman və akt zalı ilə tanış olub, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb.

Daha sonra nazir məktəb-liseyin 5-ci sinfində tarix və alman dili dərslərinin tədrisi prosesini izləyib. 

Nazir şagidlərə elektron resurslardan daha fəal istifadəni tövsiyə edib, həmçinin təhsil ocağının rəhbərliyinə məktəb kitabxanasının zənginləşdirilməsinə dair tapşırıq verib.

Check Also

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq. Boyukmillet.com Gununsesi.info-ya istinadən xəbər verir ki, bununla bağlı …