Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Ceyhun Bayramov Pakistanın Sərhəd İşlər Təşkilatının baş direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Sərhəd İşləri Təşkilatının baş direktoru general-mayor Kamal Azfar ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

K.Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verərək 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tuneller, eləcə də telekommunikasiya xəttlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs edib.

C.Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra münaqişə sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyulduğunu bildirib. Hazırda bölgədə aparılan işlər, o cümlədən minadan təmizləmə işləri və infrastrukrur layihələri qeyd olunub. Azərbaycanın həyata keçirilən bərpa və tikinti işlərində maraqlı tərəfdaş ölkə və beynəlxalq təşkilatlarla birgə işləməyə hazır olduğu vurğulanıb.

Görüşdə tərəflər əməkdaşlıq petspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …