Bazar , 2 İyun 2024
Drone Cameras

Ceyhun Bayramov Qazaxıstana səfərə gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.

Check Also

XİN-dən Aİ rəsmisinin bəyanatına reaksiya: “Qərəzli və qəbuledilməzdir”

Rəsmi Bakı ittihamları qəbul etmir Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) xarici siyasət və …