Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Ceyhun Bayramov Rusiyanın Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Görüşdə bölgədəki cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyini vurğulayıblar. Normallaşma prosesinin irəli aparılması və konkret nəticələrin əldə edilməsi üçün bütün səylərin səfərbər edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

Check Also

Ermənistanın XİN rəhbəri NATO sammiti çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə …