“Bu ilin may ayında üçtərəfli formatda keçirilən son görüşdən sonra həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əhəmiyyətli sayda təmaslar baş tutub”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşündə deyib.
Rusiya XİN başçısı Sergey Lavrov isə söyləyib ki, Rusiya tərəfinin məsləhətçi köməyi ilə Azərbaycan və Ermənistan arasında ikitərəfli komissiyanın yaradılması yolu ilə iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması delimitasiya haqqında sazişlərə əlavə olaraq sülh müqaviləsinin razılaşdırılması da ayrıca mövzudur.
S.Lavrov, həmçinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalanmış üçtərəfli sazişlərə əməl olunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin bütün aspektlərinin tənzimlənəsi və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün şərtdir: “Zaman sürətlə keçir, hadisələr sürətlə inkişaf edir. Bu baxımdan hesab edirəm ki, bu gün bu mövzu ətrafında danışmaq və onların imzaladıqları sazişlərin icrası ilə bağlı rəhbərlərimizə nə hesabat verə biləcəyimizi görmək üçün əlverişli fürsətdir”.