Bazar , 19 Yanvar 2025
Drone Cameras

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsi məlumat yayıb.

Nazir Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini qeyd edib və Türk Şurasının Katibliyinin fəaliyyətini məmnunluqla vurğulayıb. Bölgədəki cari vəziyyətlə bağlı qarşı tərəfə məlumat verən C.Bayramov o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edib. Bu xüsusda, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin infrastrukturun qurulması prosesində iştirakının önəmli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

B.Amreyev Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində aktiv fəaliyyətini və dəstəyini məmnunluqla qeyd edib. Həmçinin o, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq və regional təşkilatlar ilə əməkdaşlıq perspektivlərindən danışıb.

Görüşdə Türk Dövlətləri Təşkilatının gündəliyində olan digər məsələlər, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər və tədbirlər barədə müzakirələr aparılıb.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …