Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF)Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi qəbul edib.

XİN-dən  verilən məlumata görə, Aleks Haykens təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Nümayəndəliyin yeni rəhbərini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən UNICEF ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. Ceyhun Bayramov, həmçinin Nümayəndəliyin yeni rəhbərinin təcrübəsinin Azərbaycan və UNICEF arasında mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib.

Aleks Haykens öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edib və Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycan və UNICEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu bildirib. Eyni zamanda, Nümayəndəliyin rəhbəri hər bir uşağın keyfiyyətli təhsilə çıxışının olmasının əhəmiyyətini qeyd edərək, qlobal COVID-19 pandemiyası dövründə UNICEF tərəfindən bu xüsusda görülən işlərdən geniş bəhs edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışıb. O, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Ceyhun Bayramov Aleks HaykensiCeyhun Bayramov Aleks Haykensi

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …