Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Bu barədə XİN-dən məlumat verilib.

Türkiyə Xarici İşlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib. Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.

Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə münasibətdə qəti dəstəyini heç bir zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyəli həmkarına və bütün Türkiyə xalqına təşəkkürünü bildirib.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …