NATO-nun yol verdiyi rəzalət sadə üzürlə ortadan qaldırılmamalıdır.
Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin ana müxalifət Cümhuriyyə Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu deyib.
“Bu məsələ sadəcə üzr istəməklə ortadan qaldırıla bilməz. Türkiyəyə yönələn tənqidlər ola bilər, amma heç kim Türkiyənin rəhbərlərinə və tarixinə həqarət edə bilməz. Bunu şiddətlə qınayırıq”, – deyə o bildirib.
Qeyd edək ki, Norveçdə keçirilən NATO-nun hərbi təlimi zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Mustafa Kamal Atatürk və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Təlim təşkilatçılarının belə addım atması Türkiyənin sərt etirazına səbəb olub. Olaydan dərhal sonra Türkiyə təlimdə iştirak edən hərbçilərini geri çağırıb. Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfər ordudan qovulub.
Yaşanan insidentlə bağlı NATO baş katibi Yens Stoltenberq Türkiyədən üzr istəyib.