Çikaqo şəhərində fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi qəsbkar Ermənistanın ölkəmizə qarşı son hücumlarını sərt şəkildə pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərkəzin prezidenti Fərid Məmmədovun imzası ilə yayılmış bəyanatda bildirilib ki, dünyanın qorxunc koronavirus pandemiyası ilə mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Tovuz rayonunda və 27 sentyabr tarixində isə bütün cəbhə boyu təxribatlar törətməsi, Azərbaycanın Dağlıq Qarabağdan uzaqda yerləşən şəhərlərini, mülki yaşayış məntəqələrini və obyektlərini raket atəşinə tutması bu ölkənin faşist və təcavüzkar mahiyyətini göstərir.
Soydaşlarımız dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün qətiyyətli addımlar atmağa çağırıb.