Çin dəmir yolları Çin və Almaniyanı birləşdirəcək yeni Sian-Mannheim qatarının işə salındığını elan edib. Boyukmillet.com -Economics” “Sinxua”ya istinadən xəbər verir ki, yeni reys Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçəcək. Beləliklə, qatar iki dənizi – Xəzəri və Qara dənizi keçməklə yanaşı, 11,3 min kilometr məsafə qət etməli olacaq.
Dənizdən keçmək üçün dəniz nəqliyyatından istifadə olunacaq. Aprelin 13-də idman malları ilə yüklənən ilk qatar Sian şəhərindən yola düşüb.
Sian Azad Ticarət Limanının Tikintisi və Əməliyyat şirkətinin baş direktoru Yuan Syaotsyunun sözlərinə görə, əvvəllər az sayda Çin-Avropa qatarının keçdiyi ölkələri və bölgələri əhatə edən yeni marşrut həm Çinə, həm də beynəlxalq müəssisələrə beynəlxalq ticarət üçün yeni bazarlar açır.
Check Also
AZAL Bakıdan Rusiyaya mühüm marşrutu bərpa etdi – 1 il 8 aylıq fasilə başa çatdı
Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında hava əlaqəsi uzun fasilədən sonra yenidən bərpa olunub. Boyukmillet.com …
Boyukmillet.com Biz yanmasaq vətən yanar