Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Çin dünyaya BƏYAN ETDİ: Koronavirusun yayılması dayandı

Çində koronavirus pandemiyasının yayılmasının böyük miqyasda qarşısı alınıb.

Bunu ölkənin Milli Səhiyyə Komissiyasının mətbuat katibi Mi Fenq açıqlayıb.

O bildirib ki, 28 martdan bəri təsdiqlənmiş yoluxma faktı 3 mini keçməyib.

Komissiya rəsmisi başqa ölkələrdən Çinə gələnlərin yeni epidemiya dalğasına səbəb ola biləcəyini vurğulayıb.

Səlahiyyətli şəxslər Çinə xaricdən gələn koronavirus xəstəsi sayının 693-ə qalxdığını bildirir.

Son məlumatlara görə, Çində son 24 saat ərzində 31 yeni yoluxma faktı aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı 81 min 470-ə çatıb. Onlardan 3 min 304 nəfəri dünyasını dəyişib. 75 min 700 nəfər sağalıb. (publika.az)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …