Çin hökuməti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməməyə və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.
Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
“Çin bölgədə sülh və sabitliyin qorunmasının bütün tərəflərin, o cümlədən Ermənistan və Azərbaycanın maraqlarına cavab verdiyinə inanır. Ümid edirik ki, əlaqədar tərəflər təmkinli olacaqlar və qarşıdurmanın daha da artmaması üçün tədbirlər görəcəklər”, – o deyib.
“Tərəflərin fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklərinə ümidvarıq”, – diplomat söyləyib.