Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Çin yeni raket əleyhinə müdafiə sistemini sınaqdan keçirib

Çin ordusu orta məsafədə hədəflərin məhv edilməsi üzrə raket əleyhinə müdafiə sistemini uğurla sınaqdan keçirib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir kİ, bu barədə Çin Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Söhbət yerüstü raket əleyhinə müdafiə sistemlərindən gedir. Sınaqlar zamanı qarşıya qoyulmuş hədəflər yerinə yetirilib. Bu sınaqlar müdafiə xarakterlidir və heç bir dövlətə qarşı yönəlməyib”, – məlumatda bildirilir.

Sınaqların təfərrüatları açıqlanmır.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …