Cümə , 22 Noyabr 2024
Drone Cameras

Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib

Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib.

Boyukmillet.com xəbər verir ki, müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib.

Bildirilib ki, Siandan yola salınan qatar artıq Bakı limanına çatıb. Çindən ölkəmizə ümumikdə 110 TEU yük – elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb. Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə, “Xian Free Trade Port Construction and Operation”, “KTZ Express” və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

“ADY Konteyner” MMC yeni blok qatarların təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …