Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Cocuq Mərcanlıda yenidənqurma işlərinin ikinci mərhələsi başa çatıb – FOTO – VİDEO

Cocuq Mərcanlıda yenidənqurma işlərinin ikinci mərhələsi başa çatıb.

boyukmillet.com-un “Report”-a istinadən verdiyi xəbərə görə, Cocuq Mərcanlıda ikinci mərhlədə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektlər inşa edilib. 17 hektar ərazidə tikilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Əkin sahələrinin suvarılması üçün nasos stansiyası tikilir. Nasos stansiyasından Cocuq Mərcanlı sakinləri ilə yanaşı Füzulinin cəbhə xəttinə yaxın yaşayış məntəqlərində yaşayan sakinlər də istifadə edə biləcəklər. Stansiyanın özülundə beton konstruksiya qurulub və tikinti işləri aparılır. İki ədəd 200 kubmetrlik su anbarı inşa edilib və 2 subartezian quyusu qazılıb. 

Bundan başqa, qəsəbə ərazisində 1,75 hektarda yaşıllıq salınacaq. Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi davam etdirilir və küçələrdə asfalt işləri başa çatmaq üzrədir.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir