Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

COP29-un prezidenti Pakistan baş nazirinin gənclər proqramının sədri ilə görüşüb

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Pakistan baş nazirinin gənclər proqramının sədri Rana Məşhud Əhməd Xanla görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə pakistanlı məmurun sosial şəbəkə hesabında bildirilib.

“Sədr Rana Məşhud Əhməd Xan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti cənab Muxtar Babayevlə görüşüb”, – paylaşımda qeyd olunub.

Görüş zamanı tərəflər pakistanlı gənclərin COP29-da iştirakını, eləcə də gənclər tərəfindən irəli sürülən iqlim təşəbbüslərini, onların iqlim məsələləri üzrə qərarların qəbulunda iştirakını müzakirə ediblər.

Xatırladaq ki, daha əvvəl Muxtar Babayev Pakistanın Prezidenti Asif Əli Zərdarini Azərbaycan keçiriləcək COP29-a dəvət etmişdi.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …