Bazar , 11 Yanvar 2026
Drone Cameras

Çox təhlükəlidir: Rusiya qalib gəlsə… – Danilov

Onlar nə istəyirlər, edə bilərlər. Onlar üçün ümumiyyətlə beynəlxalq hüquq yoxdur. Bu, dünya üçün böyük faciədir.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ABŞ Dövlət Departamentinin Rusiyanın Qara dənizdə “yalançı bayraq əməliyyatı” hazırlaya biləcəyi barədə məlumatını şərh edərkən deyib.

A.Danilov qeyd edib ki, Rusiyaya hər hansı güzəşt çox təhlükəlidir:

“Çox, çox təhlükəli vəziyyətdir. Diqqətlə izləməliyik ki, bu sərhədi keçməsinlər. Bu baş verərsə (Rusiya qalib gəlsə – red.), o zaman hər bir ölkənin müəyyən beynəlxalq məsələlərin həlli üçün güc tətbiq etmək hüququ olacaq. Onda biz hansı dünyadan danışacağıq?”

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …