Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Çox xahiş edirəm ki, medianın 2 şəhid jurnalistinə ev verilsin

Yazıçı jurnalist Azər Qismət şəhid olan jurnalistlərə ev verilməsi haqda öz facebook səhifəsində paylaşım edim.

Boyukmillet.com həmin paylaşımı olduğu kimi təqdim edir:

Çox xahiş edirəm ki, medianın 2 şəhid jurnalistinə ev verilsin. Sirac Abuşov “Nasosnu” adlanan qəsəbədən uzaq, “Kosmonavt” dediyimiz hərbi şəhərcikdə pis vəziyyətdə olan mənzildə qalırdı. 4 yaşında Qubadlıdan çıxandan sonra ailəlikcə həmin hərbi şəhərcikdə sığınmışdılar.

İşə də hər gün çətinliklə gəlirdi. 1 ay əvvəl yeganə övladının 1 yaşı tamam oldu, atasız qaldı. Artıq evin çörək gətirəni həlak oldu, şəhidlik zirvəsinə yüksəldi. Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindən çox xahiş edirəm ki, onun evlə təmin olunması üçün əllərindən gələni etsinlər. Məhərrəm İbrahimov da unudulmasın. Nur içində yatsınlar.

Azər Qismət.

Check Also

BAHAR NƏNƏ VƏ ZÜLFÜ BABANIN SEVGİ DASTANI

Qarlı-şaxtalı günümüzdə Bakıda 95 yaşlı Bahar nənə ilə 98 yaşlı Zülfüqar babanın ailə qurmasının 75-ci …