Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

“Crocus City Hall” hücumu ilə bağlı 15 nəfərə ömürlük həbs cəzası verilib

“Crocus City Hall”da baş vermiş hücumla bağlı həbs olunanlara hökm oxunub.

RBK-nın məlumatına görə, Qərb Dairə Hərbi Məhkəməsinin məhkəmə kollegiyası Moskva Şəhər Məhkəməsində keçirilən səyyar iclasda baş vermiş terror aktının birbaşa icraçıları və köməkçiləri barədə hökm çıxarıb.

Hadisənin birbaşa icraçılar olduğu deyilən Şamsidin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidəkram Racabolizoda ömürlük azadlıqdan məhrum ediliblər. Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza koloniyasında çəkəcəklər.

Məhkəmə bundan əlavə, onların hər birinə 990 min rubl (təxminən 22 manat) məbləğində cərimə də təyin edib.

Həmçinin “Crocus City Hall”da törədilən terror aktının icraçılarına kömək edən 11 nəfər də ömürlük həbs cəzası alıb. Həmin şəxslərin terrorçuları pul və silahla təmin etdiyi, onlara avtomobil satdığı bildirilir.

Daha 4 nəfər şərik isə 19 il 11 aydan 22 il 6 aya qədər həbs cəzasına məhkum edilib.

2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror hücumu olub, nəticədə 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.

Bu hadisədən sonra Rusiyada Orta Asiyadan olan şəxslərə qarşı təzyiqlər və ksenofobiya halları artıb. Rusiya hüquq-mühafizə orqanları miqrantlara qarşı müntəzəm reydlər keçirib, ölkədə qanuni şəkildə yaşayanlar belə deportasiya olunurlar.

2025-ci il fevralın 5-dən etibarən Rusiyada qanunsuz miqrantların deportasiyasının sadələşdirilmiş proseduru qüvvəyə minib. Prosedura əsasən, polis əməkdaşları ölkədə qanunsuz yaşayan xarici vətəndaşları məhkəmə qərarı olmadan deportasiya edə bilirlər.

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …