Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Dəhşətli PROQNOZ: Mayın sonunadək bu qədər insan öləcək

May ayının sonuna qədər ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Robert Redfild yazıb.

Direktor bildirib ki, mərkəz ölkədəki COVİD-19 pandemiyasının təqibi və gedişatı ilə bağlı 12 modeli izləyir: “11 may etibarilə bütün modellərin nəticələrinə görə, gələn həftələrdə ölümlər artacaq və ümumi ölüm sayı 1 iyuna qədər 100 mini keçəcək”.

Ağ Evin də istinad etdiyi “HealthData” saytının layihələrinə görə, ölkədə 4 avqusta qədər 147 mindən çox insan dünyasını dəyişəcək.

Son rəqəmlərə görə, ABŞ-da 1 milyon 459 mindən çox insan koronavirusa yoluxub, 87 mindən çox insan ölüb.    /Publika.az/

Check Also

Yanvarda əsgərliyə gedənlərə VACİB XƏBƏR

Qış aylarında əsgərliyə çağırışın müəyyən çətinliklər yarada biləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Maraqlıdır, qış …