Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

“Dağlıq Qarabağ münaqişəsi: tarixi və siyasi rakurs” kitabının təqdimatı keçirilib

ADA Universitetində Yuta Universitetinin Siyasi elmlər kafedrasının professoru Hakan Yavuzun “Dağlıq Qarabağ münaqişəsi: tarixi və siyasi rakurs” kitabının təqdimatı keçirilib.

Boyukmillet.com xəbər verir ki, kitab ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə dəstəyi ilə nəşr edilib.

H.Yavuz təqdimat mərasimində keçmiş Dağlıq Qarabağ münaqişəsi mövzusunun hərtərəfli işıqlandırılmasını və həqiqətlərin dünyaya çatdırılmasını vacib sayıb: “İndiyədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 11 kitab işıq üzü görüb. Onlardan 9-u erməni müəlliflər tərəfindən yazılıb və onlardan yalnız ikisini nisbətən obyektiv adlandırmaq olar. Buna görə də bu mövzuda daha çox kitab nəşr etmək vacibdir”.

Onun sözlərinə görə, erməni müəlliflər kitablarında tarixi faktları təhrif edir, onları özlərinə sərf edən şəkildə təqdim edirlər.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …