Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Daha 30 uşaq reabilitasiya üçün Ukraynadan Azərbaycana gətirilib

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilati dəstəyi ilə daha 30 ukraynalı uşaq reabilitasiya xidməti almaq üçün Azərbaycana gətirilib.

Boyukmillet.com Report.az-a istinadən xəbər verir ki, agentliyin Qəbələ Uşaq Bərpa Mərkəzinə yerləşdirilən uşaqlara 15 gün ərzində tibbi, sosial və psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Reabilitasiya prosesində peşəkar psixoloqlar tərəfindən fərdi məsləhətlər, qrup terapiyası və yoqa dərsləri vasitəsilə onların emosional vəziyyəti balanslaşdırılacaq.

Uşaqların asudə vaxtının səmərəli təşkili üçün Şəki, İsmayıllı və Şamaxı şəhərlərinin tarixi yerlərinə və muzeylərinə ekskursiyalar təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl üç qrupda 100-ə yaxın ukraynalı uşaq sosial-psixoloji reabilitasiya üçün Azərbaycana gətirilib.

Mətin

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …