Cümə , 22 Noyabr 2024
Drone Cameras

Daha bir müharibə qazisi yüksək texnologiyalı protezlə təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Vətən müharibəsində yaralanmış Seyidəkbər Vaqif oğlu Xalıqov (Bakının Sabunçu rayonu) və ailəsi ilə görüşüblər.

ƏƏSMN-dən  verilən məlumata görə, qazinin özü, valideynləri və biri azyaşlı olan iki qardaşından ibarət olan ailənin istəyi nəzərə alınmaqla, Seyidəkbərin anası ödənişli ictimai işlə təmin edilib. Atası çilingərlik, qazi özü və qardaşı isə şirniyyat istehsalı üzrə kiçik biznes sahələrini yaratmaları üçün özünüməşgulluq proqramına cəlb olunublar. Yaxın günlərdə proqramın dəstəyi olaraq onlara bütün lazımi avadanlıqlar veriləcək. Beləliklə, ailənin məşğulluq məsələsi həll olunub.

Müharibədə ağır yaralanaraq bir ayağı amputasiya olunmuş qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi də qərara alınıb.

Bununla bağlı olaraq, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Seyidəkbərin ilkin müayinəsi aparılıb. Ölçülər götürülüb, müvafiq təlimatlar verilib. Protezləşməyə hazırlıq prosesindən sonra qazi yüksək texnologiyalı protezlə təmin ediləcək.

Qaziyə əlillik təyin olunmaqla ona sığorta ödənişi, hər ay təqaüd və sosial müavinət də ödəniləcək.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …