Cümə , 19 Aprel 2024
Drone Cameras

DAK bəyanat yaydı

Boyukmillet.com xəbər verir ki, Ermənilərin son təxribatları ilə bağlı Dünya Azərbaycanlıları Konqresi bəyanat yayıb.

Bəyanatda deyilir:

Dünya Azərbaycanlılar Konqresinin Ermənistanın son təxribatları ilə bağlı bəyanatı Ermənistan Silahlı Qüvvələrinin bölmələri bütün beynəlxalq hüquq normalarını, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərini qəsdən pozarağ Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törətmişdir. Ermənistan hərbi-siyasi rəhbərliyinin mütəmadi hal alan təxribatları Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmağa yönəlmiş və bölgədə hərbi gərginliyin artmasına səbəb olmaqdadır.

Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupları tərəfindən törədilmiş təxribat nəticəsində hərbi və mülki insanlar arasında təlafata, ərazilərimiz isə dağıntılara məruz qalmışdır. Ermənistanın bu təxribatları 10 noyabr 2020-ci il bəyanatının şərtlərini yerinə yetirməmək, eləcə də, sülh danışıqlarının ləngidilməsi və ya pozulmasında maraqlı olduğunu göstərir. Ötən dövr ərzində azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikası tərəfindən yenidən bərpa-quruculuq işləri aparılmaqdadır.

Bununla bərabər keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri qaytarılması prosesi başladılmışdır. Ermənistan tərəfi bütün bunların qarşısını almağa, bu ərazilərdə görülən abadlıq işlərinin ləngidilməsinə yönəlmiş təxribatlar və beynəlxalq hüquq normalarına qarşı addımlar sərgiləyir. Ermənistan hakimiyyətinin son hərbi təxribatlarına beynəlxalq ictimaiyyətin, BMT və digər mötəbər insan hüquqları təşkilatlarının ədalətli münasibətini tələb edirik. Dünya Azərbaycan Konqresi olaraq Azərbaycan Silahlı Qüvvələrinin ölkənin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın təxribatlarının qarşısının alınmasında həyata keçirdiyi tədbirləri və regionda təhlükəsizliyin təmin olunması, dayanıqlı sülhün, ədalətin bərpa olunması üçün bütün mütərəqqi addımları dəstəkləyirik.

DAK İdarə heyəti 16.09.2022-ci il.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …