Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

DAK idarə heyyəti Samir Adıgözəllini təbrik etdi

Bu gün  Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri Samir Adıgözəllinin doğum günüdür.

Samir bəy gənc yaşlarından siyasi həyata atılıb və Azərbaycanda ən gənc partiya sədri olub. O, həmçinin ideoloji və siyasi təhlil yazıları ilə Azərbaycan jurnalistikasında tanınan imza sahibidir.

Samir Adıgözəlli ictimai-siyasi fəaliyyətindəki  fəallığı ilə yanaşı, həm də gözəl ailə başçısıdır. Samir bəyi doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı, uğurlar arzulayırıq.

Qeyd edək ki, Samir Adıgözəlli İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri və eyni zamanda Boyukmillet.com xəbər portalının baş redaktorudur.

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …