Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

DAK İH-nin genişləndirilmiş iclası keçirilib

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin və Bakı təmsilçiliyinin üzvlərinin iştirakı ilə genişləndirilmiş yığıncaq keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu haqda məlumatı DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli verib.

DAK həmsədri, millət vəkili Sabir Bəy Rüstəmxanlı öz nitqində bölgədəki geopolitik durumdan və DAK qarşısında duran vəzifələrdən bəhs etmişdir.

DAK-ın İdarə Heyətinin üzvü, konqresin Güney Azərbaycan təmsilçisi Babək Muğanlı, İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli, Adil Minbaşı, Xəzər Emin, DAK-ın Avropa üzrə təmsilçisi Əli Hacı Ağaevli və digərləri çıxış edərək İran İslam cümhuriyyətində genişlənən xalq hərəkatı fonunda Güney Azərbaycanın üzləşəcəyi problemlərdən və bu hərəkata dəstəyin vacibliyindən danışıblar. Çıxışlarda DAK-in gəncləşməsi , İdarə Heyətinin fəaliyyətinin genişləndirilməsi, təşkilatın proseslərə çevik reaksiya verməsi haqda təkliflər səslənib.

DAK Həmsədri Sabir Rüstəmxanlı yekun çıxışında indiki dönəmdə Güney Azərbaycan Hərakatı ilə bir yerdə olmağın zəruriliyindən, təşkilatın güclənməsi üçün İdarə Heyətinin görəcəyi işlərdən danışmışdır.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …