Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

DAK Los Ancelesdəki erməni vəhşiliyi ilə bağlı bəyanat yaydı

Dünya Azərbaycanlıları Konqresi ABŞ-ın Los Anceles şəhərində baş verənlərlə bağlı bəyanat yayıb. BakuPost həmin bəyanatı təqdim edir:
İyulun 21-də Los Ancelesdə yaşayan ermənilər Azərbaycan Respublikasının Baş Konsulluğunun binası qarşısında təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini ifşa edən şüarlar səsləndiriblər. Həqiqəti görmək və dinləmək gücündə olmayan erməni radikalları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los Anceles polisi belə onların bu vandalizminin qarşısını ala bilməyib.Azərbaycanlı nümayişçilərə hücum edən ermənilər biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Bu kimi hadisələr dünyanın bir çox şəhərlərində baş verib və baş verənlər onu göstərir ki, həm Ermənistan rəhbərliyi, həm də xaricdəki erməni diasporu təcavüzkar siyasətin birbaşa ideoloqu və icraçısıdır.
Dünya Azərbaycanlıları Konqresi harda yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda mübarizədən geri çəkilməyəcəyini bəyan edərək, ABŞ-ın Los Anceles şəhərində, eləcə də digər Avropa ölkələrində erməni diasporunun zorakılıq və vəhşiliyinə görə hüququn tələb etdiyi qəti tədbirlərin görülməsini tələb edir.

DAK həmsədrləri
Sabir Rüstəmxanlı
Firudin Pərviz Nia

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …