Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

DAK rəhbərliyi Türkiyədən gələn qonaqlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlı Kocaeli Milli Kuruluşlar Birliyi Başkanı Yücel Alpay Dəmir və  Düşüncə Qrupu Başkanı  Süleyman Pekin Selcuklu  ilə görüş keçirib. Görüşdə Türk Dünyasının problemləri, Türk birliyi üçün görülən işlər, ortaq dil, əlifba məsələləri müzakirə olunub. Bu işdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Boyukmillet.com xəbər verir ki, görüş zamanı DAK sədri Qarabağda Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suveren haqlarının bərpa prosesi haqda qonaqları məlumatlandırıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə DAK İdarə Heyəti üzvləri, Babək Muğanlı,Əli Hacı və Samir Adıgözəlli də iştirak edib.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …