Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

DAK rəsmisindən Samir Adıgözəlliyə qarşı qara piar aparanlara sərt reaksiya

Dünya Azərbaycanlıları Konqresinin Avropa Bölməsinin rəhbəri, hüquqşünas Əli Hacı dak.az saytına açıqlamasında son vaxtlar İSBAM sədri Samir Adıgözəlli ilə bağlı yayılan məlumatlara öz mövqeyini bildirib: Samir bəy Dünya Azərbaycanlıları Konqresinin ən fəal və ideoloji baxımdan da stabil bir təmsilçisidir. Deyilənlər iftiradan başqa bir şey deyil və tam qərəzlidir.

O 20 ildən artıqdır ki, diaspor fəaliyyəti ilə məşğuldur və bu səbəbdən də gedən proseslərə yaxından bələddir. Dünya azərbaycanlılarının qurultaylarında, bu istiqamətdə müxtəlif ölkələrdə keçirilən tədbirlərdə, yığıncaqlarda iştirak edən Samir bəy həm Rusiyada, həm Ukraynada, həm Türkiyədə, həm də Avropa ölkələrində, xüsusən də Şərqi Avropa dövlətlərdə fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əlaqədə işlədiyib, birgə tədbirləri, layihələri olub. Bu gün diaspor fəaliyyətimizdə böyük əhəmiyyət daşıyan 18 Azərbaycan evinin, 14 Koordinasiya Şurasının yaradılmasında Samir bəyin də xidmətləri danılmazdır”.

Azinforum.az

Check Also

ÖLKƏ PREZİDENTİ VƏ MƏDƏNİYYƏT NAZİRİNƏ BİR QRUP VƏTƏNDAŞ MÜRACİƏTİ…

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək? Prezident …