Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Damlanın İranda hicabsız konsert verdiyi şadlıq evinin bağlandığı bildirilir

Müğənni əxlaqsızlığı təbliğ etməkdə günahlandırılıb

İran mediasının yazdığına görə, Damla adı ilə tanınan azərbaycanlı müğənni Məsumə Məmmədovanın Ərdəbildə şadlıq saraylarından birində çıxışından sonra həmin məkanın fəaliyyəti dayandırılıb.

Qapanma ilə bağlı tapşırığın Ərdəbil Ümumi və İnqilab prokuroru Cəlal Afaqi tərəfindən verildiyi deyilir.

“Xaricilərin hər bir ölkənin dəyərlərinə və qanunlarına hörmət etməsi mütləq prinsiplərdən biridir. Qanunları və dəyərləri pozaraq hakim islam mədəniyyətinə məhəl qoymayan bu müğənni ictimai qaydalara xələl gətirib və əxlaqsızlığı təbliğ edib. Məsələ ciddi şəkildə araşdırılır və əlaqədar tərəflər ciddi şəkildə cəzalandırılacaq”, – Cəlal Afaqiyə istinadla bildirilir.

Müğənni Damlanın Ərdəbil səfəri, orada ifası və hicabsız görüntüləri sosial media kanallarında yayılıb.

Radikal dinçi cərəyana mənsub media kanalları bunu tənqid ediblər.

Damlanın prodüseri Şamil İbrahimov müğənninin İranın Ərdəbil şəhərində konsert verdiyi salonun yerli prokurorluq tərəfindən möhürlənməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O deyib ki, İranda olduqları müddətdə hansısa qanun pozuntusuna yol verməyiblər.

Check Also

Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar

Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı …